“Gelandewagen”lə bağlı sanballı fakt - 1979-cu ildən bəri...

Avtodünya 8 May 2024 16:49 Oxunub 750
“Gelandewagen”lə bağlı sanballı fakt - 1979-cu ildən bəri...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mercedesin “Gelandewagen” modelini hərbi məqsədlər üçün hazırladığı hamıya məlumdur. Vaxtilə layihənin əsas hissəsini sonuncu İran şahı maliyyələşdirmişdi. Lakin 1979-cu ildə kütləvi istehsala başlandıqdan sonra bu maşına mülki həyatda da maraq artdı. 

Avtosfer.az xəbər verir ki, Mercedes şirkəti bu modelin istehsalını dayandırmaq fikrində deyil. İstehsala başlamasından 50 ilə yaxın vaxt  keçsə də, texnikaya maraq böyükdür. Lakin şirkət bu günlərdə daha bir təəccüb doğuran faktı açıqlayıb.

Bildirilib ki, 1979-cu ildən indiyədək istehsal olunmuş “Gelandewagen”lərin 80%-i bu gün də istismar olunur. Bizcə, əlavə sözə ehtiyac yoxdur.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh