Litva Rusiyaya qarşı sanksiyalara görə iki “Tesla Cybertruck”un ixracına icazə vermədi

Avtodünya 8 May 2024 17:03 Oxunub 446
Litva Rusiyaya qarşı sanksiyalara görə iki “Tesla Cybertruck”un ixracına icazə vermədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Litva gömrüyü Rusiya əleyhinə sanksiyalara görə iki “Tesla Cybertruck” elektrik avtomobilinin Şalçininkay şəhərindən çıxarılmasına icazə verməyib.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, gömrükçülərə avtomobillərin Belarusa getdiyi bildirilib. Lakin maşınların Rusiyaya ixrac oluna biləcəyindən şübhələnən gömrük işçiləri avtomobillərin buraxılmasına icazə verməyib.

Litva gömrüyü qaçaqmalçılıq və sanksiya rejiminin pozulması ilə bağlı araşdırmaya başlayıb. Hər iki avtomobil gömrükçülərin sərəncamındadır.

Qeyd edək ki, 2024-cü ilin yanvarında Litva Rusiya ilə sərhəddə yük daşıyan nəqliyyat vasitələrinin keçidini bərpa edib.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh