Zəncirvari yol qəzasında: 2 ölü, 27 yaralı - FOTOlar

Avtosfer Foto 25 Mart 2024 23:30 Oxunub 846
Zəncirvari yol qəzasında:  2 ölü, 27 yaralı - FOTOlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Almaniyada 40-a yaxın avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 2 nəfər ölüb, 27 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, hadisə Vürzburq şəhəri yaxınlığındakı avtobanda qeydə alınıb. Bu barədə “DPA” məlumat yayıb.

Yerli hökumət qurumlarının məlumatına əsasən, bir neçə saat aralığında yolun yaş olması səbəbindən 3 yol qəzası olub.

В Германии на автобане столкнулись около 40 авто: двое погибших, десятки  раненых | Европейская правда

Birinci zəncirvari qəza, sürücülərin yol kənarında qəzaya uğramış maşına baxaraq fikirlərinin yayınması səbəbindən olub. Bu zaman 17 maşın bir-birinə çırpılıb. İlk qəzada 2-si ağır olmaqla, 9 nəfər xəsarət alıb.

Ardınca, bir neçə yüz metr arxada dayanmış maşınlara digər avtomobillər çırpılıb və nəticədə 3 avtomobil yanıb. Hadisə zamanı bir qadın və azyaşlı uşaq ölüb, 3-/ü ağır olmaqla 11 nəfər isə yaralanıb.

Təxminən yarım saatdan sonra eyni yolda 3 avtomobilin iştirakı ilə daha bir qəza baş verib, burada da 2 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə yanğınsöndürmə, xilasetmə və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Avtomagistral səhər saatlarından nəqliyyatın hərəkətinə bağlanıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh