Bakıda "Prius" qadını keçiddə vurub öldürdü - REAL VİDEO

Avtosfer TV 8 May 2024 13:32 Oxunub 4314
Bakıda "Prius" qadını keçiddə vurub öldürdü   - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 6-sı, saat 16:20 radələrində paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77-XU-202 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsü 1984-cü ilə təvəllüdlü Həsənov Orxan Aydın oğlu piyada keçidindən yolu keçməkdə olan 1953-cü il təvəllüdlü Həsənova Xoşqədəm Niftalı qızını vurub. Hadisə nəticəsində piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, həyatını itirib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə anının görüntülərini təqdim edirik:

Leyla

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh