Ermənistanda sərhədin delimitasiyasına etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıb

Gündəm 28 Aprel 2024 14:20 Oxunub 254
Ermənistanda sərhədin delimitasiyasına etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

Avtosfer.az-ın xəbərinə görə, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

apa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh