Minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - VİDEO

Gündəm 8 May 2024 20:24 Oxunub 216
Minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir. Söhbət Binəqədi rayonu, 9-cu mikrorayon, Hüseyn Seyidzadə küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, sözügedən küçədən əvvəl marşrut xətti keçib, amma sonra ləğv edilib. Hazırda həmin ərazini 85 nömrəli müntəzəm marşrut avtobusu əhatə edir, amma avtobus küçə boyunca hərəkət etmir.

Vətəndaşlar Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanlasalar da, hələ ki, müsbət cavab almadıqlarını deyirlər.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, həmin ərazini 85 nömrəli müntəzəm marşrut avtobusu əhatə edir və "Memar Əcəmi", "28 May" metrostansiyaları, eləcə də şəhərin digər əraziləri ilə əlaqələndirir. Həmçinin 9-cu mikrorayon, Mir Cəlal küçəsindən hərəkət edən 61, 65, 18 nömrəli marşrut avtobusları "20 Yanvar", "Nizami",  "İçərişəhər", "İnşaatçılar", "Elmlər Akademiyası", "28 May" metrostansiyaları və şəhərin digər ərazilərdən keçir. O da bildirildi ki, əlavə marşrutun təşkili mövcud marşrutların müxtəlif küçə və prospektlərdə hərəkət sxemini təkrarlayaraq nizamlı fəaliyyətinə maneə yaradacağı üçün məqsədəuyğun hesab edilmir.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh