Piyadaların həyatı təhlükə altındadır: Nişan var, amma sürücülər dayanmırlar - VİDEO

Gündəm 8 May 2024 20:15 Oxunub 4062
Piyadaların həyatı təhlükə altındadır: Nişan var, amma sürücülər dayanmırlar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Piyada vurulmasıyla nəticələnən qəzaların bir qismi sürücülərin qayda pozmaları nəticəsində baş verir. Xüsusilə sürücülər nizamlanmamış keçidlərdə piyadaları gözləmədən hərəkət edirlər. Belə ki, onlar piyada zolaqlarına, nişanlarına məhəl qoymurlar, keçidə yaxınlaşarkən sürət həddini endirmirlər. Bu isə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilir. 
Bakı və ətraf ərazilərdəki bəzi küçələrdə piyada zolaqları mövcud olsa da zamanla silinir və bu, keçid bərpa olunana qədər piyadalar üçün ikiqat təhlükə yaranır.
Abşeron rayonu Mehdiabad qəsəbəsində qeyd etdiyimiz məsələylə bağlı problem mövcuddur. Belə ki, Novruz küçəsi boyu hərəkət edən sürücülərin əksəriyyəti piyadalara yol vermir.
Avtosfer.az-ın məlumatına görə, tanınmış jurnalist Ceyhun Musaoğlu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, yolun hər iki tərəfində piyada keçidi nişanı olsa da, sürücülər buna əməl etmirlər. Jurnalist, ərazidə piyada zolağının olduğunu, lakin silindiyini qeyd edib. Nəticədə piyadalar yolu keçə bilmirlər, yaxud qəza riski ilə üz-üzə qalırlar. Xüsusilə axşam saatlarında yolda daha təhlükəli mənzərə yaranır.
Qeyd edək ki, Ceyhun Musaoğlu mövcud problemin həlli kimi piyada keçidlərinin üzərinə nəzarət kameralarının quraşdırılmasını vacibliyini vurğulayıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh