Azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib
Hadisə
28 Mart 2024 20:37
Oxunub 266
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, mağaza satıcıları ilə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR