Maşının baqajından armud götürən “Prius” sürücüsü baxın nə etdi - VİDEO

Hadisə 28 Mart 2024 20:00 Oxunub 2586
Maşının baqajından armud götürən “Prius” sürücüsü baxın nə etdi    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Sabunçu-Zabrat yolunda qeydə alınmış görüntü sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib. Görüntüdən məlum olduğu kimi, 77-FZ-806 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olan 31-BA-690 dövlət nömrə nişanlı “VAZ-2101” markalı avtomobilin baqajından meyvə götürüb. Daha sonra isə o, “VAZ”a yaxınlaşaraq sürücüdən halallıq alıb və yoluna davam edib. 
Qeyd edək ki, sürücünün bu halda avtomobili baqajı açıq idarə etməsi qanunla qadağan olmasa da, bəzən qəzayla nəticələnə bilər. Həmçinin onun maşının arxa tərəfinə quraşdırdığı taxta lövhə dövlət nömrə nişanının tam görünməsini əngəlləyib. Bu isə qanunla qadağandır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh