Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı
Hadisə
9 May 2024 09:25
Oxunub 208
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR