Almaniyada “futbol qatarı” işə salınacaq

Xəbərlər 28 Aprel 2024 19:20 Oxunub 266
Almaniyada “futbol qatarı” işə salınacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 14-dən iyulun 14-dək keçiriləcək futbol üzrə Avropa çempionatı öncəsi Almaniyada xüsusi şəhərlərarası “futbol qatarı” işə salınacaq.

Məlumata görə, çərşənbə axşamı qatar Frankfurtdan Berlinə yola düşəcək.

Daha sonra qatar Almaniya daxilində və qismən də Avstriyada müxtəlif marşrutlarda fəaliyyət göstərəcək.

Qatarda ümumilikdə 444 oturacaq olacaq. Nəqliyyat vasitəsi içəridən və çöldən Avropa çempionatına həsr olunmuş plakatlar və rəsmlərlə bəzədilib. Sərnişinlər stolüstü futbol oynamaq imkanı əldə edəcəklər.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh