Hərbi təyyarə dənizə düşüb

Xəbərlər 28 Mart 2024 23:32 Oxunub 328
Hərbi təyyarə dənizə düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib. APA xəbər verir ki, bu barədə şəhərin meri Mixail Razvojayev Teleqram kanalında məlumat verib. "Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib", - Razvojayev qeyd edib.

Şəhər merinin sözlərinə görə, pilot katapult həyata keçirib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.

Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh