Sürücülərin nəzərinə: Bu xəstəliyiniz varsa içki içməyəndə də alkoqol testi müsbət çıxır

Öyrənək 25 Aprel 2024 12:29 Oxunub 5750
Sürücülərin nəzərinə: Bu xəstəliyiniz varsa içki içməyəndə də alkoqol testi müsbət çıxır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Həzm sistemində baş verən xəstəliklərlə əlaqəli insanlarda pivə (AB) sindromu yaranır. Bunun səbəbi isə həzm sistemindəki bakteriya və göbələklərdir. Pivə sindromu olan insanların həzm sistemində ciddi miqdarda etanol ifraz olunur. Nəticədə isə bu sindromlu sürcülərin alkoqol testi müsbət çıxır.

Avtosfer.az xəbər verir ki, analoji hal Belçikada baş verib.

Belə ki, polis əməkdaşları yolda hərəkətdə olan sürücünü saxlayıb. Sürücünün alkoqol testi müsbət çıxıb. Lakin o, spirtli içki içmədiyi üçün rəsmi etiraz edib. Onu müstəqil şəkildə müayinə edən üç həkim ABS xəstəliyindən yəni, pivə sindromundan əziyyət çəkdiyini təsdiqləyib. "Daha bir uğursuz təsadüf" isə avtomobildəki sərnişinin də pivə zavodunda işləməsi olub.

Belçika mediası bildirib ki, hakim hökmdə yerli məhkəmə adətinə uyğun olaraq adı çəkilməyən müttəhimdə sərxoşluq əlamətlərinin olmadığını vurğulayıb.

Qeyd edək ki, hazırda dünyada rəsmi olaraq pivə sindromunun görüldüyü 20-ə yaxın insan var.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh