Avtomobilin qarşısına keçib özünə haqq qazandırdı: "Dönmə işığını yandırmışam" - VİDEO

Qaydalar 28 Mart 2024 13:00 Oxunub 602
Avtomobilin qarşısına keçib özünə haqq qazandırdı: "Dönmə işığını yandırmışam" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda qayda pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 26-da baş verib. Belə ki, 99-GJ-254 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü görüntünü qeydə alan sürücünün qarşısına keçərək onun hərəkətinə mane olub. Bu azmış kimi o, "dönmə işığını yandırmışam" deyərək özünə haqq qazandırıb.

Qeyd edək ki, qanunvericiliyə görə dönmə işığı yandırmaq sürücüyə üstünlük vermir. Qaydalara görə manevrdən öncə sürücü dönmə işığını yandırmalı və eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verdikdən sonra zolağını dəyişməıidir.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh