Bu sürücülər MİDA sakinlərinin canını boğazına yığıb - VİDEO

Qaydalar 28 Mart 2024 15:07 Oxunub 1044
Bu sürücülər MİDA sakinlərinin canını boğazına yığıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dayanma-durma qaydasını kobud şəkildə pozan sürücülər piyadaların yolunu kəsiblər. Avtosfer.az xəbər verir ki, hadisə Yeni Yasamal, MİDA sosial binalarının həyətində baş verib. Belə ki, 99-MD-827 qeydiyyat nişanlı "Daewoo" markalı, 50-EB-574 qeydiyyat nişanlı "VAZ" markalı, 77-KO-765 qeydiyyat nişanlı "Nissan" markalı, 90-KV-019 qeydiyyat nişanlı "BMW" markalı avtomobillərin sürücüləri səkidə park edərək piyadaların hərəkətinə maneə yaradıblar. Redaksiyamızın qaynar xəttinə müraciət edən sakinlər bildirir ki, bu hal hər gün kütləvi şəkildə baş verir. Onlar ərazidə mütəmadi nəzarətin aparılmasını və qayda pozan sürücülərin ciddi şəkildə məsuliyyətə cəlb edilməsini xahiş edirlər.

 

Leyla

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh