Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilib

Yol polisi 28 Aprel 2024 10:42 Oxunub 528
Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "Opel" markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib.

Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh