“Cybertruck” pikapının rəqibi Çində təqdim olundu

Avtodünya 2 May 2024 12:00 Oxunub 456
“Cybertruck” pikapının rəqibi Çində təqdim olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə avtomobil istehsalçıları diqqəti daxili yanma mühərrikli (benzin və ya dizel) avtomobillərdən elektromobillərə yönəltməyə başlayıblar. Çünki elektromobillər ekoloji təmizlik, səssiz işləmə və aşağı yanacaq xərcləri kimi aşkar üstünlükləri ilə seçilirlər.

Elektrikli avtomobil dünyasının aparıcı şirkətlərindən biri olan “Tesla” bu yaxınlarda özünün “Cybertruck” adlı elektrikli pikap modelini təqdim edib. Bu avtomobil öz xüsusiyyətləri və dizaynı ilə diqqət çəkməyi bacarıb. Ancaq bəzi məqamlarda bunun qeyri-adekvat olması ilə bağlı tənqidlər də var.

Avtosfer.az-ın məlumatına görə Çin avtomobil şirkəti “Dongfeng” öz rəqibi “Tesla Cybertruck” elektrikli pikapını nümayiş etdirib.

İstehsal etdiyi nəqliyyat vasitələri ilə diqqət çəkən “Dongfeng” “Tesla Cybertruck”a bənzər elektrikli pikapını Çinin paytaxtı Pekin Avtomobil Sərgisində istehlakçılara təqdim edib. Kütləvi istehsala daxil olub-olmayacağı bilinməyən vasitə böyük marağa səbəb olub. Çin istehsalçısının bu avtomobili kütləvi istehsala çıxaracağı bilinməsə də, bu məqamda gözləntilər böyükdür.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh