“Lucid Gravity” SUV dünyasında yeni cığır açdı

Avtodünya 3 May 2024 20:15 Oxunub 532
“Lucid Gravity” SUV dünyasında yeni cığır açdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil həvəskarları üçün elektrik avtomobilləri dünyasında maraqlı bir inkişaf qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, “Lucid Motors” yeni modeli “Lucid Gravity” ilə SUV seqmentində yeni çığır açmağa hazırlaşır.

İlk sınaq sürüşünü həyata keçirən yeni model avtomobil haqqında təfərrüatlar açıqlanıb.

Fərqli dizayn yanaşması ilə ortaya çıxan “Lucid Gravity” ənənəvi SUV tərifini alt-üst edir. Görünüşcə az da olsa yolsuzluq avtomobili təsiri bağışlayan avtomobil “Gravity” dizaynı ilə diqqət çəkir.

Test sürüşü üçün istifadə edilən bu model üç kameralı pnevmatik asqı ilə təchiz edilmiş xüsusi sistemə malikdir.

Lucid Gravity sürətli və dinamik sürücülük təcrübəsi təqdim etsə də, ailələr üçün çox rahat gündəlik nəqliyyat vasitəsi olmaq potensiallıdır. Bu yeni yolsuzluq avtomobili ilkin olaraq ikili mühərriklə istehsal olunur.

Qeyd edək ki, yeni modelin hətta həddindən artıq sürətlərdə belə sabit sürmə dinamikası təqdim edəcəyi gözlənilir.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh