Əks istiqamətə çıxan yük maşını “Toyota” ilə toqquşdu: qadın sərnişin öldü - FOTOLAR

Avtosfer Foto 1 May 2024 21:18 Oxunub 664
Əks istiqamətə çıxan yük maşını “Toyota” ilə toqquşdu: qadın sərnişin öldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk vilayətində yük və minik avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 1-də А-376 avtomagistralının 19-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Mercedes-Benz” markalı yük maşını yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn “Toyota Ipsum”la toqquşub. Zərbənin təsirindən “Mercedes” yol kənarına aşan zaman yük yerində olan konteyner “Toyota” üzərinə düşüb.

Nəticədə hər iki sürücü xəsarətlər alıb, minik avtomobilinin qadın sərnişini isə ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

image

imageimageimage

ŞƏRH YAZ
Ad

E-mail

Şərh