Dəhşətli qəza: Qırmızıdan keçən sürücü piyadanı vurub öldürdü, maşın isə yandı – VİDEO (+18)

Avtosfer TV 1 May 2024 17:00 Oxunub 8154
Dəhşətli qəza:  Qırmızıdan keçən sürücü piyadanı vurub öldürdü, maşın isə yandı – VİDEO (+18)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşıqforun qırmızı işığından keçərək 1 nəfərin ölümünə, 3 nəfərin isə yaralanması ilə nəticələnən qəzanın görüntüləri təhlükəsilik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 1-də səhər saatlarında Türkiyənin Mersin şəhərində baş verib.

Kadrlarda sürətlə hərəkətdə olan minik avtomobilinin yol qovşağında işıqforun qırmızı işığından keçərək öncə yol kənarında dayanan piyadalara, daha sonra isə ağaca çırpıldığı görülür.

Zərbənin təsirindən piyada qadın havada uçaraq asfalt üzərinə düşüb və sürüklənib. Bunun ardınca avtomobil çevrilərək tüstüləyib və yanmağa başlayıb. 

Yerli KİV-in məlumatına görə, nəticədə 32 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü və 2 piyada isə yaralanıb.

Polis hadisənin başvermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh