Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - VİDEO

Avtoxəbər 5 May 2024 00:00 Oxunub 4044
Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin  sonradan digər  ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır.

Usta İsa Yusibov deyir ki, ili köhnə avtomobillərdə bu proses o qədər də problem yaratmırdı. Yeni avtomobillərdə isə vəziyyət başqa cürdür.

Usta hesab edir ki, həmin avtomobilləri xaricdə ucuz aldıqları üçün bəzi işbazlar onu Azərbaycana gətirib baha satmaq məqsədi ilə sükanın yerini dəyişirlər.

Bəs bu proses necə həyata keçirilir? Sükanın yerini dəyişərkən detallar dəqiqliklə sağdan sola köçürülürmü?

Usta deyir ki, avtomobil alarkən mütləq onu diqanostika etdirmək lazımdır. Əks halda, həm aldana, həm də külli miqdarda ziyana düşə bilərisiz.

Qeyd edək ki, 1998-ci ildə qəbul edilən qanuna  görə  sükanı sağda olan avtomobillərin ölkəyə gətirilməsi  qadağan edilib.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh