“Volkswagen”in gəlirləri aşağı düşüb

Avtoxəbər 1 May 2024 00:10
“Volkswagen”in gəlirləri aşağı düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Almaniyanın “Volkswagen” avtomobil şirkətinin gəlirləri 2024-cü ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə avtomobil konserninin mətbuat üçün məlumatında bildirilir.

“Volkswagen”in əməliyyat gəliri 2024-cü ilin yanvar-mart aylarında 4,59 milyard avro təşkil edib, 2023-cü ilin eyni dövrü üzrə bu göstərici 5,75 milyard avro olmuşdu. Konsernin əməliyyat rentabelliliyi əvvəlki ildəki 7,5 faizə qarşı 6,1 faizə enib.

2024-cü ilin birinci rübündə şirkət dünyaya 2,1 milyon avtomobil ixrac edib. Bu göstərici bir il əvvəlki illə müqayisədə 2 faiz aşağıdır. Maşınların satış artımı təkcə Cənubi Amerikada (19 faiz) və Asiya-Sakit okean regionunda (2 faiz) müşahidə olunub. Şimali Amerikada “Volkswagen” satışı 10 faiz, dünyanın digər ölkələrində isə 5 faiz aşağı düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh