Yolda qoşa xəttə müdaxilə edildi: sürücülər cərimələnir - VİDEO

Gündəm 1 May 2024 00:00 Oxunub 4042
Yolda qoşa xəttə müdaxilə edildi:  sürücülər cərimələnir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabirabad şəhəri, Heydər Əliyev prospektində qoşa xəttin üzərinə qara boya ilə müdaxilə edilib və qırıq-qırıq xətt yaradılıb. Buna aldanan sürücülər isə cərimələnirlər.

Həmin ərazidə cərimələnən vətəndaşlardan biri də Xalid Əliyevdir.

O iddia edir ki, yolda üfüqi nişanlanmada qırıq xətləri gördüyünə görə dönmə əməliyyatı edib. Cərimə gələndən sonra məlum olub ki, bütöv xəttə qanunsuz müdaxilə olunub.

Yolun həmin hissəsində aldanan başqa sürücülər də var.

Məsələ ilə bağlı DİN-in Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən məsələ araşdırılır və ərazidə qısa vaxt ərzində yenidən nişanlanma işləri aparılacaq. Bunu kimlərin etdiyi isə araşdırılır.

Ətraflı videosüjetdə.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh