Astarada velosipedçi körpüdən çaya düşərək ölüb

Hadisə 4 May 2024 22:00 Oxunub 394
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.

O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh