Azərbaycanda həkim güllələnərək öldürüldü – TƏFƏRRÜAT + FOTO

Hadisə 4 May 2024 20:06 Oxunub 746
Azərbaycanda həkim güllələnərək öldürüldü – TƏFƏRRÜAT + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub.

Oxu.az-ın məlumatına görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namik Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.

Qətlə yetirilən şəxslərdən İsrafil Məmmədsoyun fotosunu təqdim edirik:

***

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh