Çörəyin içərisindən taxta parçası çıxıb - FOTO

Hadisə 30 Aprel 2024 21:18
Çörəyin içərisindən taxta parçası çıxıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda zavod çörəyinin içərisindən taxta parçası çıxıb. Bu barədə AzTV-də redaktor vəzifəsinə çalışan Əhməd Mahmudov məlumat verib. O, məhsulu paytaxtın bu gün Əhmədli qəsəbəsində satılan supermarket şəbəkələrinin birindən aldığını söyləyib.

Jurnalist deyib ki, "Binə" çörək zavodunun istehsalı olan məhsulun içərisindən çıxan taxta parçası təxminən 2,5-3 sm uzunluğunda olub.

"Çörək həyatın və rifahın təməli, gələcək uğrun zəmanəti, isan sevinci və xoşbəxtliyinin simvoludur" şüarı ilə fəaliyyət göstərən Binə çörək zavodunda, görünür, adi unun ələnməsi prosesi düzgün həyata keçirilmir. Sadəcə çörəyin kefiyyətinə nəzarət edən qurumlara və şəxslərə səslənirəm: öz işinizə özünüz qiymət verin. Axı bu çörək sizin də süfrənizdə var. Ailəniz istehsal etdiyiniz çörəyin kefiyyətidən razıdır? İnanmıram", - deyə o əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh