Həmkəndlisini öldürən Rəşid Babayev həbs edilib

Hadisə 4 May 2024 20:00 Oxunub 454
Həmkəndlisini öldürən Rəşid Babayev həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

Araşdırılmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh