Bakıda bu yolda işıqfor 2 ildir işləmir - VİDEO

Xəbərlər 25 Aprel 2024 14:09 Oxunub 160
Bakıda bu yolda işıqfor 2 ildir işləmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda Nizami rayonunda Şərq küçəsindən (Sutikinti xəstəxanasından) Bakıxanov qəsəbəsinə gedən yolda işıqfor olsaişləmir.

Avtosfer.az bu barədə baku.ws-ə istinadən xəbər verir.

Sakinlər deyir ki, həmin əraziyə 2 ildir işıqfor quraşdırılsa da fəaliyyət göstərmir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan cavab olaraq bildirildi ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrininin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır: "Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Sözügedən kəsişmədəki nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh