Boş yer görən kimi manevr edən sürücü təhlükə yaratdı - VİDEO

Qaydalar 3 May 2024 23:20 Oxunub 3980
Boş yer görən kimi manevr edən sürücü təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar sürücülərin törətdiyi kobud qayda pozuntularından biri manevr qaydasıdır. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülərin yayıldığının şahidi oluruq. Belə sürücülərdən birinin videosunu oxucumuz Avtosfer.az-ın qaynar xəttinə göndərib. Qeyd edək ki, 77-YX-194 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü mayın 3-də, paytaxtın Babək prospektində hərəkət olan zaman güzgüyə baxmadan sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan sürücünün qarşısına keçərək ona qəza şəraiti yaradıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh