İki sürücü eyni vaxtda qayda pozub piyadanı təhlükəyə atdı - VİDEO

Qaydalar 30 Aprel 2024 19:57 Oxunub 632
İki sürücü eyni vaxtda qayda pozub piyadanı təhlükəyə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Yasamal rayonu ərazisində eyni anda qayda pozan sürücülər piyadanın həyatını təhlükəyə atıblar.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 30-da günorta saatlarında Yeni Yasamal massivində qeydə alınıb.

Belə ki, görüntüləri qeydə alan “Mercedes” markalı minik avtomobilinin sürücüsü ilk öncə “Mercedes Galendavagen” markalı avtomobili ötmə edərkən yolun əks istiqamətinə çıxaraq qoşa xəttin tələbini pozaraq hərəkətinə davam edib. Daha sonra isə 90-EJ-349 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü çuxura düşməmək üçün güzgüyə baxmadan sola manevr edib və bu zaman onu sıxışdırıb. “Mercedes”in sürücüsü isə qəzadan yayınaraq yenidən eyni qayda pozuntusunu təkrarlayaraq piyadanın həyatı üçün təhlükə yaradıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh