Ödəniş etməmək üçün piyada səkilərini zəbt edən sürücülər - VİDEO

Qaydalar 2 May 2024 21:00 Oxunub 524
Ödəniş etməmək üçün piyada səkilərini zəbt edən sürücülər   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində kütləvi qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 2-si saat 10:04 radələrində qeydə alınıb. Belə ki, 99-PZ-068 dövlət nömrə nişanlı “KIA” markalı, 99-LB-474 dövlət nömrə nişanlı “KIA” markalı və 10-UR-899 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydalarını pozublar. Küçədə avtomobillər üçün ayrılmış kifayət qədər parklanma ərazisi var. Lakin onlar ödəniş etməmək üçün piyada səkilərini zəbt edirlər. 
Qeyd edək ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh