Paytaxtda “tələsən” sürücü qəza şəraiti yaratdı – ANBAAN VİDEO

Qaydalar 25 Aprel 2024 17:00 Oxunub 430
Paytaxtda “tələsən” sürücü qəza şəraiti yaratdı – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda qayda pozaraq qəza şəraiti yaradan sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, video aprelin 23-də Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 77-HA-024 qeydiyyat nişanlı “Land Rover Freelander” markalı avtomobilin sürücüsü yol verməli olduğuna baxmayaraq anidən əsas yola çıxıb. Bu zaman yolda hərəkətdə olan avtomobilin qarşısına çıxıb ki, hər iki avtomobil məcburən dayanmalı olub. Qəza şəraiti yaradan sürücü daha sonra əks istiqamətli zolaqda hərəkətini davam edib. Qarşıdan başqa maşın gəldiyinə görə öz zolağına qayıdan sürücü yolda çaşqınlığa səbəb olub.

Görüntüləri təqdim edirik:

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh