Hacıqabuldakı ağır qəzanın səbəbi açıqlandı - Sürücü yuxulu imiş - VİDEO

Yol polisi 30 Aprel 2024 15:46 Oxunub 682
Hacıqabuldakı ağır qəzanın səbəbi açıqlandı - Sürücü yuxulu imiş - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün saat 04:00 radələrində Mehman Məmmədhüseynzadənin idarə etdiyi "Ford Transit" markalı 77-KB-973 nömrə nişanli nəqliyyat vasitəsi Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolunun 75-ci km-də  hərəkətdə olarkən sürücünun idarəetməni itirməsi nəticəsində öndə hərəkət edən Nəbi Alşanonovun idarə etdiyi "Kamaz" markalı 36-BB-908 nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Məlumatda qəza nəticəsində "Ford" markalı avtomobilin sərnişini 2005-ci il təvəllüdlü Əmrah Vəliyev xəsarət aldığı bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qurum təəssüflə bildirib ki, son zamanlar aparılmış təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Son günlər, xüsusilə yük avtomobillərinin sürücüləri arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək onlara yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir.

Ümid edirik ki, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışımıza biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh