Təqibdən 53 kilometr qaçan xanım sürücü sərxoş çıxdı; Alkotesterə 44 dəfə üfülədi - VİDEO

Yol polisi 25 Aprel 2024 18:00 Oxunub 452
Təqibdən 53 kilometr qaçan xanım sürücü sərxoş çıxdı;  Alkotesterə 44 dəfə üfülədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə Ağsaray-Konya avtomagistralında “dayan” əmrinə tabe olmayaraq qaçan qadın sürücü jandarma və yol patrul xidmətinin əməkdaşlarına həyəcanlı anlar yaşadıb.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, təqibdən 53 kilometr qaçmağı bacaran qadın E-90 trasında saxlanılıb.

Məlumata görə, alkotesterə üfüləyirmiş kimi edib 3 alkotester dəyişdirən qadın 44 dəfə üfüləmədən sonra polis ondan promil ala bilib. 0.97 promil sərxoş çıxan sürücüyə inspektorlar tərəfindən protokol yazılıb və sürücülük vəsiqəsi əlindən alınıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh