Xəstəxanaya tələsən sürücüyə yol polisi köməklik etdi - VİDEO

Yol polisi 25 Aprel 2024 12:34 Oxunub 3274
Xəstəxanaya tələsən sürücüyə yol polisi köməklik etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol polisi əməkdaşı köməksiz qalan sürücüyə yardım edib. Avtosfer.az xəbər verir ki, sürücü qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Belə ki, sürücü tıxac səbəbi ilə avtomobilindəki sərnişini xəstəxanaya çatdırmaqda çətinlik çəkib. Paytaxtın Yusif Səfərov küçəsində xidmət edən 99-YP-446 qeydiyyat nişanlı yol polisi əməkdaşına yaxınlaşan sürücü vəziyyəti ona izah edib. Bundan sonra polis əməkdaşı sürücünü müşayiət edərək Bakı Sağlamlıq Mərkəzinə çatdırıb.

Sürücü polis əməkdaşının həssas yanaşdığı və köməklik göstərdiyi üçün öz təşəkkürünü bildirib.

 

Fərid


ŞƏRH YAZ
Ad

E-mail

Şərh