86 ilin "Mercedes”i 620 minə satılır - FOTO

Avtobazar 14 Aprel 2024 15:00 Oxunub 4204
86 ilin "Mercedes”i 620 minə satılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda 1938-ci il istehsalı olan "Mercedes Benz 170 V” markalı avtomobil uzun müddətdir satışa çıxarılsa da satılmayıb.
Avtosfer.az "Yeniavaz"a istinadən xəbər verir ki, təxminən 3 il əvvəl – 2021-ci ildə 1 milyon 445 min manata satışa çıxarılan avtomobil hazırda elan saytlarında 365 min dollara (620 min 500 manat) təklif olunur.
Qeyd edək ki, 82 min km yürüşü olan avtomobilin 2,4 litrlik mühərrikə və 85 at gücünə malik olduğu bildirilir.
Satışa çıxarılan avtomobillə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, son 3 ildə avtomobilin yürüş göstəricisi dəyişməz olaraq qalıb – 82 min km.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh