SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Men CE kateqoriya ucun imtahan vermek isteyirdim. Wehadetname ve saglamliq kagizi alib meroya getdim ama menden 3 illik 3 staji veya 3il adima C kateqoriya mawin olmasini istediler. Mende ise bular yoxdu , abc kat pravam var 6 ildi almisam, bilmek isteyirem bu heqiqeten mi beledir? Imtahana buraxmadilar ama dede baba qaydasi ile hemin kateqoryalari vere bileceklerni dediler. Cox cox xahis edirem mene tam deqiq cavab vererdiz, men nece edim ki imtahana buraxilim.2 aydi imtahana hazirlawirdim indi bele manee cixardilqr
Emin | 28 Aprel 2024 14:26
Salam. Qanunda belə şey nəzərdə tutulmayıb. Bununla bağlı DİN-ə rəsmi qaydada şikayət edə bilərsiniz.
Avtosfer.az | 28 Aprel 2024 23:19
Salam məni Fətəlixan Xoyski 21 b de iptarul tərəfindən 50 km/saat sürətlik yolu 74km/saat iıə radar cəriməsi qeydə alınıb yalnız mən Atatürk prospekti ilə Fətəlixanxoyskiye tunelden keçərək gəldiyim üçün mən tunelden çıxan zaman əsas yolda heç bir sürət göstəricisi olmadığı üçün mən sürət həddini necə təyin edə bilərəm ki həmin körpüdən çıxıb daxil olduğum yolun neçə km/saat sürət olduğunu və mən şikayət etmək istəyirəm haqlıyam ya haqsız?
Şahmar | 28 Aprel 2024 10:53
Salam. Tuneldən çıxandan sonra sağda 50 nişanı quraşdırılıb Gənclik mall-a çatmamış. Diqqəli olun ki, nişanları görə biləsiniz.
Avtosfer.az | 28 Aprel 2024 14:04
Salam. Etibarnamə ilə verdiyim minik avtomobilinin faizlə birlikdə cəriməsi 4700azn(dord min yeddi yüz) olub və bu şəxs cəriməni ödəmir. Bu vəziyyət qanunla necə tənzimlənir? Mən nə avtomobili nə də cəriməni ödəmək istəmirəm.
Həmid | 27 Aprel 2024 21:49
Salam. Məhkəməyə verin həmin şəxsi.
Avtosfer.az | 28 Aprel 2024 14:03
Avtomobilin aluminium lovheciyi alinan zaman ustunde olmayib. Texasmotrdan kecende menden pul alirlar bundan otru. Bu lovheciyin olmamasina gore cerime varmi? Masinin butun dannilari texpasportunda yazilib. Tewekkur edirem
Aygun | 27 Aprel 2024 21:37
Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/dyp-birkasi-olmayan-masina-gore-surucuye-ne-ede-biler-i%CC%87zah-193644
Avtosfer.az | 28 Aprel 2024 14:03
Texpasport maşının köhne sahibindedi, Köhne texpasport olmadan gedib addan ada keçirdib teze texpasport ala bilirik?
Vahid | 27 Aprel 2024 18:09
Xeyr, olmaz.
Avtosfer.az | 28 Aprel 2024 14:02
Men 90TS052 nomreli avtomobilimde nomre deyiwikliyi ucun Respublikanski DYP ya yaxinlasdim orda menim avtomobilimin sesi coxdu deyib nomre deyishikliyine icaze vermediler. Minik avtomobilidi Fiat Abarth markali ve avtomobil zavoddur sesi. Texniki baxisdan kecmisem, mene orda mecbur edilirki Zavod sesbogucuya mudaxile et sesin 82 DB da asagi sal gel. Ses acig havada olculub 2.5 metr mesafe ve olcen emekdas yere oturub olcdu yeni sesbogucu ile uzbeuz durdu men ne geder desemde 1.2 metr yukseklikden olculmelidi mene qulaq asmadi. Bu proses nece olmalidir?
Huseyn Memmedli | 27 Aprel 2024 16:18
Şikayətiniz varsa DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 28 Aprel 2024 14:02
Salam mersedes ateqo mator 4800. İli 2006 qeydiyat niṣani qalmaq şərtile qeydiyata salmaq isdeyirem zehmt olmasa bunun devlet rusumu deyerdiz cox saqolun.
Bəhruz | 27 Aprel 2024 11:41
Salam. Hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 28 Aprel 2024 14:01
Donme isglarini rengin deyismek cermesi varmi
Sahin | 26 Aprel 2024 20:42
Bəli. 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Aprel 2024 14:00
Salam teker almisdim razinen aldığım teker iz açılmış teker idi bunun huquqi yolu nedir iz açan cinayet mesuliyyeti dasiyirmi ?
Aydın | 26 Aprel 2024 10:19
Salam. Məhkəməyə müraciət edin.
Avtosfer.az | 28 Aprel 2024 13:59
Maşnda bcaq saxlamaq olarmi ?
Novruz | 26 Aprel 2024 06:33
Sualınız aydın olmadı.
Avtosfer.az | 28 Aprel 2024 13:59
Salam, coilover istifade edib masini normatan asagi salarsam cerime olunacag?
Orxan | 26 Aprel 2024 01:31
Salam. Olmaz.
Avtosfer.az | 28 Aprel 2024 13:58
Vaz 2107 tek arxa şüseye garmoşka perdenin cerimesi varmi?
Elcan | 26 Aprel 2024 00:13
Pərdəyə icazə yoxdur.
Avtosfer.az | 28 Aprel 2024 13:54
Salam niva marqali masina vraqler fara qoymaq olarmi cermersi varmi? Bir ara dediler isdismari deyenmis masina yeni her hansi masinin isdismari deyanibsa olar duzdur ?
Tural | 25 Aprel 2024 16:48
Salam. Olmaz, qadağandır. Nivanın ehtiyat hissələri bazarda satılır. Gedin orijinal işıq cihazlarından alın.
Avtosfer.az | 28 Aprel 2024 13:53
Salam gece saat 12 qeder mahnıya yuksek sesle qulaq asmaq cerimedırmı ve elave ses sistemi qurmaq cerimedırmı
Yunis | 24 Aprel 2024 21:40
Salam. 12-yə qədər dinləməyin cəriməsi yoxdur. Səs sistemi ilə bağlı ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 28 Aprel 2024 13:50
Mende masin BMW 320I dı m3 yığıldığı texpasportda yazılıb 19 luq disk təkər qoyulub qabağ təkərin hündürlüyü 235 arxa 255 di buna görə qayı məni saxlaya bilərmi
Metleb | 24 Aprel 2024 15:07
Zavod bu ölçüyə icazə vermirsə duracağa aparıla bilər, cərimə də yazıla bilər.
Avtosfer.az | 28 Aprel 2024 13:49
Salam , 015 ölü purjun adiyla yoxlamadan baxmadan ştrafnoya aparilib. Ölü purjuna göre ştrafnoya aparila bilər maşin? Nə ekspert var ne yoxluyan heçkim baxmir ele direşib cerme meydançasina apariblar
Tehran Nuriyev | 24 Aprel 2024 13:02
Ətraflı məlumat üçün bu iki linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 28 Aprel 2024 13:48
Salam. Surmek ucun olan etibarname ile verdiyim surucu masin ile qeza toredib ve deymis ziyani odemir bele olan halda men ne etmeliyem?
Elvin | 24 Aprel 2024 12:03
Salam. Məhkəməyə müraciət edin.
Avtosfer.az | 28 Aprel 2024 13:48
Salam. Mənim atamın maşını Mən atamın adından verilmiş mülkiyyəti idarə etməsi və həmçinin avtomobillərin sürülməsi barəsində natarisdan generalniy daverinost olo mən atamın maşını idarə edə bilərəmmi?
Zamir | 23 Aprel 2024 22:23
Salam. Sualınız aydın olmadı. Atanıza verilmiş etibarnamə ilə siz sürmək istəyirsiniz?
Avtosfer.az | 28 Aprel 2024 13:47
Salam Çina 056 nömrə tipli aksesuari arxa şüşədə olduğuna görə ekologiya postunda saxlanıldim 17.04.2024 tarixində bugüne qədərdə avtomabil duracaqdadir düzgündürmü
Çingiz Cavadzadə | 23 Aprel 2024 21:31
Salam. O aksesuarı niyə qoyursunuz maşına? Nə səbəbə? Mənası nədir onun? Maşın bər-bəzək üçündür, yoxsa nəqliyyat vasitəsidir?
Avtosfer.az | 28 Aprel 2024 13:35
Salam hörmətli mütəxəssislər, Sualım ondan ibarətdirki, nəqliyyat vasitəsinin disk və şin-lərinin istehsalçı tərəfindən müəyyən edilmiş qaydanı (Daha dəqiq Radial-ı) pozmayaraq (R13) şinin hündürlüyü və ən əsas eninə görə (215-235) sürücü İXM-in 342.5-ci və ya 342.2.2-ci maddələri ilə məsuliyyətə cəlb oluna bilər? Şın-də (təkərdə) hər hansısa bir yazı, qanun pozuntusu sayılır?
Cavid | 23 Aprel 2024 15:45
Salam. Şində yazı yazmaq qayda pozuntusu deyil. Amma ölçünü pozmaq məsuliyyət yaradır.
Avtosfer.az | 28 Aprel 2024 13:34
Ban novu avtobus olan masini karavana kecirmek ucun ne qeder dovlet rusumu odenmelidir?
Revan | 23 Aprel 2024 14:44
Bunu zavod şəraitində etmək lazımdır. Bundan sonra 60 manat rüsumu var.
Avtosfer.az | 28 Aprel 2024 13:33
salam nivaya arxa pujununa jiquli purjunu qoymaq konstruksiya deyisikliyi sayilir ya yox ??
Ucal | 22 Aprel 2024 18:57
Salam. Bəli. Qadağandır.
Avtosfer.az | 28 Aprel 2024 13:31
Salam , məndə maşının ban nömrəsinin əvvəli paslanib yaxşı oxunmur bu maşını ada keçirəndə hər hansı problem yarada bilər?
Elgün Bəşirli | 22 Aprel 2024 15:54
Salam. Oxunmursa problem yarana bilər.
Avtosfer.az | 28 Aprel 2024 13:30
Salam mawinda ban nömrəsi var ama qapı pilkasi olmadıq üçün mawini adıma keçirmək ucun əlavə pul isdeyiller
Xalid | 22 Aprel 2024 10:33
Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/dyp-birkasi-olmayan-masina-gore-surucuye-ne-ede-biler-i%CC%87zah-193644
Avtosfer.az | 28 Aprel 2024 13:29
Salam!Rengin deyişdirimesini texniki pasporta geyd olunmasinin rüsumu ne gederdir?
Nurlan | 22 Aprel 2024 00:21
Salam. 60 manat 80 qəpik.
Avtosfer.az | 28 Aprel 2024 13:29
Salam bu halda meni cermeliye biler ve yaxud nişana ara mesafesi 5 metir olmalidi yoxsa bu nişana ayid deyil nişanan evvel 5 metir mesafe olmalidi?
Murad | 21 Aprel 2024 22:57
Salam. Sizdən əvvəl nişan yoxdursa və dayanmanın digər qaydasını pozmamısınızsa cərimə yazıla bilməz.
Avtosfer.az | 28 Aprel 2024 13:27
Salam. Men bir vetendas kimi bilmek isteyirem. Tam yeni avtomobil idxal ederken, avtomobilin arxa yan suseleri qaradirsa(zavoddan) , bu zaman ilk qeydiyyat zamani, yeni idxal zamani bu olkede movcud olan hansisa qanuna ziddirmi? Yeni ki, yeni qaydalarla surucuden arxada olan yan suselerin qara olmasina icaze var, bu idxal edilen avromobillere samil olunmurmu? Tesekkurler
Samir | 21 Aprel 2024 20:35
Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/suseleri-tund-olan-avtomobilleri-ada-kecirerken-problem-yarana-bilermi-vi%CC%87deo-235430
Avtosfer.az | 28 Aprel 2024 13:26
Salam vaz2108 masinina momo sukan qoyduqda cerimesi varmi zehmet olmasa cvlandirardiniz
Rahim | 21 Aprel 2024 16:56
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 28 Aprel 2024 13:24
Salam.Bmw E39 modelinin yaylari qanunla nece pille olmalidi??
Elşən | 21 Aprel 2024 16:42
Salam. Onu bilmirik. Mağazadan yeni yay götürüb saya bilərsiniz.
Avtosfer.az | 28 Aprel 2024 13:24
Salam masin nomresi ile sahibini tapmaq olur?
Fərid | 21 Aprel 2024 16:27
Salam. DYP-yə müraciət edin.
Avtosfer.az | 28 Aprel 2024 13:23