Azərbaycanda yığılan avtomobillərdən almaq istəyənlərin nəzərinə: Bu maşınlar keyfiyyətli deyil - AÇIQLAMA

Avtobazar 8 Aprel 2024 11:38 Oxunub 524
Azərbaycanda yığılan avtomobillərdən almaq istəyənlərin nəzərinə: Bu maşınlar keyfiyyətli deyil - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

““Lada” hələ Azərbaycanda istifadəyə buraxılmır. Hələlik, “Chevrolet”, eyni zamanda Naxçıvanda “NAZ-Lifan” markaları buraxılır. “Lada” ilə bağlı danışıqlar gedir. Təklif ediblər ki, Azərbaycanda bu avtomobilin yığılmasını təşkil etsinlər. Bu, yığılmadır, istehsal deyil. Avtomobilin hissəslərinin, demək olar, 99%-i xaricdən gəlir. Bunlar o qədər də keyfiyyətli model deyillər. Daxildə yığılır deyə, dövlət qurumları, bəzi şəxslər alırlar. Qiyməti də nisbətən münasibdir. Çünki ehtiyat hissələrinin ölkəyə gətirilməsində gömrük rüsumu tətbiq edilmir, buna görə də kifayət qədər ucuz qiymətə yığılır”.

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. 

Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti

Ekspert təklif edib ki, daha keyfiyyətli markaların, həmçinin elektrikli avtomobillərin ölkədə yığılması təşkil edilsin: “Əslində, dünyada istehsal olunan elektrikli avtomobillərin batareyalarının hamısı, demək olar, Çindən gəlir. Onsuz, Amerika da, Almaniya da, Yaponiya da baterayaları Çindən alır. Bizdə də elektrikli avtomobillər yığılmağa başlasa, batareyanı, yəqin, Çindən almalı olacağıq. Amma elektrik motoru və digər hissələri istehsal etmək olar. Təklif edirəm ki, hazırda yığılan avtomobillərlə yanaşı, elektrikli avtomobillər də Azərbaycanda yığılsın. Bir müddət əvvəl mediada da məlumat verilmişdi ki, Çinin "BYD" şirkətinin avtobusları Azərbaycanda yığılacaq. BYD-nin həm avtomobilləri, həm də avtobusları çox etibarlıdır. Şirkət, ümumiyyətlə, etibarlı avtomobil istehsal edir. Bildiyim qədəri ilə, hələ BYD-nin heç Azərbaycanda distribütorluğu da yoxdur. BYD-nin Bakıda nümayəndəliyi açılsa, eyni zamanda avtomobillərinin yığılması baş tutsa, Azərbaycan üçün daha yaxşı olar. Bir neçə ölkədə istehsalı aparılır. Bu yaxınlarda Özbəkistanda idim, orada şahidi oldum. Artıq Özbəkistanda BYD-nin yığılma prosesi gedir...” 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh