Avropada ən çox avtomobil satılan ölkələr – ADLAR

Avtodünya 13 Aprel 2024 20:17 Oxunub 4164
Avropada ən çox avtomobil satılan ölkələr – ADLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2024-cü ilin martında Avropada ən çox minik avtomobili satılan ölkələrin adı bəlli olub.

Sfera.az xəbər verir ki, martda ilk sırada Böyük Britaniya qərarlaşıb.

Bu ölkədə bir ayda 317 786 ədəd maşın satılıb. Britaniyalılar avtomobil alışına görə Almaniyanı qabaqlayıblar.

Almaniya siyahıda ikinci sırada qərarlaşıb. Martda almanlar 263 844 min ədəd avtomobil alıblar.

Aylıq avtomobil alışında üçüncü sırada Fransadır. Fransada 180 024 ədəd avtomobil satışı həyata keçirilib.

Satış sayına görə dördüncü sırada dayanan İtaliyada 162 083 ədəd, beşinci sırada dayanan Rusiyada 146 526 ədəd avtomobil stılıb.

Növbəti, altıncı və yeddinci yerlərdə isə Türkiyə və İspaniya qərarlaşıb. Bir ayda Türkiyədə 103 929 ədəd, İspaniyada 94 840 ədəd avtomobil satılıb.

Qeyd edək ki, avomobil satışına təsir edən əsas göstəricilər əhalinin sayı və gəliridir. Yüksək gəliri və əhali sayı çox olan ölkələrdə satışların da sayı çox olur. Rusiya və Türkiyənin əhali sayının çox olmasına baxmayaraq daha az avtomobil satışının həyata keçirilməsi əhalinin gəlirinin az olması ilə bağlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh