Benzinin keyfiyyəti dəyişir: ucuzlaşma olacaqmı?

Avtodünya 15 Aprel 2024 10:29 Oxunub 374
Benzinin keyfiyyəti dəyişir: ucuzlaşma olacaqmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya hökuməti benzin istehsalına qoyulan tələbləri yumşaltmağa çalışır.  Avtosfer.az “Reuters”ə istinadla xəbər verir ki, məqsəd bazarda yarana biləcək qıtlığı aradan qaldırmaqdır. Təkcə mart ayında istehsal həcmi 12 % azalıb. Qazaxıstandan benzin ixracı da tələbatı tam ödəyə bilməyəcək. Standartlar yumşaldılacağı təqdirdə sovetdən qalmış texnologiya ilə də benzin istehsalı mümkün olacaq. 


Müzakirə olunan əsas məsələ Avro-5 standartında icazə verilməyən antidetonatorlardan istifadə və kükürd miqdarının artırılmasıdır. Bu təqdirdə son model avtomobillərdə katalizatorlar sıradan çıxacaq. Köhnə avtomobillərlə bağlı ciddi problem gözlənilmir. Ən əsası, hər hansı ucuzlaşma istisna edilir.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh