Elektromobillər üçün yeni cərimə

Avtodünya 16 Aprel 2024 14:38 Oxunub 328
Elektromobillər üçün yeni cərimə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa ölkələrində bəzi elektromobil sahibləri parklama problemin i həll etdiklərini düşünür. Mexanizm sadədir: elektromobili doldurma məntəqəsində şəbəkəyə qoş və get. Yalnız doldurulan elektrikin pulunu ödə. Amma bunun da sonu çatır. 

Avtosfer.az xəbər verir ki, belə yanaşma digər sürücülərin planlarını pozur, texnikanın batareyalarının doldurulmasını çətinləşdirir. 
Brüsseldə bələdiyyə bu fırıldağın qarşısını almağa çalışır. Bələdiyyənin qərarına görə, batareyası dolmuş elektromobili şəbəkədən ayırmayan sürücü 50 avro cərimələnəcək. 
əslində bu, ümumi tendensiyanın bir hissəsidir. Artıq əksər Avropa ölkələri elektromobilə tətbiq edilən güzəştləri tədricən aradan qaldırır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh