Hacı Nuran türkiyəli ulduza bahalı avtomobil bağışladı – VİDEO

Avtodünya 19 Aprel 2024 21:00 Oxunub 3834
Hacı Nuran türkiyəli ulduza bahalı avtomobil bağışladı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib. Bizim.Media xəbər verir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə “Bugatti” avtomobilini hədiyyə edib. 
Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra “Bu, sizə kiçik hədiyyəmdir” sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib: 
“Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh