"Moskvich" yeni Çin krossoverini nümayiş etdirdi

Avtodünya 12 Aprel 2024 15:44 Oxunub 528
"Moskvich" yeni Çin krossoverini nümayiş etdirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Moskvanın “Moskviç” avtomobil zavodu 2024-cü ilin sonunda satışa çıxarılmalı olan yeni yeddi yerlik “Moskvich 8” krossoverinin istehsal variantını nümayiş etdirib.  

Avtosfer.az xəbər verir ki, modelin uzunluğu 4824 millimetr, eni 1870 millimetr, hündürlüyü 1756 millimetrdir. 

“Moskvich 8” benzin mühərriki və yeddi pilləli sürət qutusuna malik olacaq. Seçimlərə 12,3 düymlük rəqəmsal cihazlar paneli, smartfon üçün simsiz enerji doldurma, 360 dərəcə kamera sistemi, “Apple CarPlay” və “Android Auto” protokollarını dəstəkləyən multimedia daxildir. 

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh