İki avtomobil toqquşdu; 3 ölü, 5 yaralı - FOTO

Avtosfer Foto 14 Aprel 2024 20:00 Oxunub 3918
İki avtomobil toqquşdu;  3 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Malatya əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 14-də Malatya-Kayseri avtomagistralının Nadir məhəlləsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, əks istiqamətə çıxan avtomobillərdən biri digəri ilə toqquşub. Zərbənin şiddətindən maşınlardan biri deformasiyaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb olunan ambulanslarla yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

image

ŞƏRH YAZ
Ad

E-mail

Şərh