Avtomobillərə ziyan vuran şəxs müalicə mərkəzinə yerləşdirilib - VİDEO (Yenilənib)

Avtosfer TV 14 Aprel 2024 15:11 Oxunub 5492
Avtomobillərə ziyan vuran şəxs müalicə mərkəzinə yerləşdirilib - VİDEO (Yenilənib)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib. Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.

---- --11:25 ---- ---

Park edilmiş avtomobillərin üzərində tullanıb-düşən şəxsin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün “Sədərək” Ticarət Mərkəzində yerləşən avtoparklardan birində yaşanıb. Bununla balğı video sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, gəncin bir anda park edilmiş avtomobillərin üzərinə çıxaraq hirslə gəzərək atılıb-düşdüyü və bir yaşlı kişinin onu aşğı düşürmək istədiyi görülür. Lakin şəxs, ona çağırış edən kişiyə  məhəl qoymayaraq avtomobillərin üzərində gəzməyə davam edir. Sonda yaşlı kişi onun ayağından çəkərək avtomobillərin üzərindən aşağı endirərək ərazidən uzaqlaşdırmağa nail olur.

Videoda, müştərilərin avtomobillərini etibar ediyi “parkovşik” isə hadisəyə sadəcə müşahidəçi qalır.

Şəxsin avtomobillərə hansı səbəbdən zərər vurduğu isə məlum deyil.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh