Kəlbəcərədə yük maşını çaya aşdı, 2 nəfər öldü - VİDEO - FOTO

Avtosfer TV 12 Aprel 2024 01:15 Oxunub 5578
Kəlbəcərədə yük maşını çaya aşdı, 2 nəfər öldü  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, hadisə saat 1 radələrində rayonun Comərt kəndində qeydə alınıb. 

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə sürücüsü və onun sərnişini, 1998-ci il təvəllüdlü Göyçay rayon sakini Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.

Bir nəfər sərnişin isə xəsarət alıb. 

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh