Maksimal sürəti 240 olan avtomobil 266 km/saatla radara düşüb - VİDEO

Avtosfer TV 16 Aprel 2024 20:06 Oxunub 6250
Maksimal sürəti 240 olan avtomobil 266 km/saatla radara düşüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobilin maksimal sürəti saatda 240 kilometrdir, amma sürücüyə 266 km/saat sürətlə hərəkət etməsi barədə elektron protokol tərtib edilib. Hadisə Astara sakini Şamo Dadaşovun başına gəlib. Sürücü deyir ki, özünə məxsus ''90-ZG-627'' dövlət nömrə nişanlı avtomobilə Ələt-Astara yolunun 199-cu km-dən saatda 266 kiloemtr sürətlə keçməsi barədə cərimə tərtib edilib.

Sürücüyə Astara rayon dövlət yol polis bölməsindən bildirilib ki, sürət həddini başqa sürücü aşıb. Amma xüsusi texniki vasitə Şamo Dadaşovun nəqliyyat vasitəsini çəkib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bilidirildi ki, sürücüyə tərtib edilən elektron protokol araşdırılıb.

O da bildirildi ki, belə halla üzləşən sürücülər Baş Dövlət Yol Polisi İdarəsinin saytına yazlı şəkildə müraciət etsinlər. Bütün faktlar araşdırılaraq sürücüyə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh