Xanım sürücünün törətdiyi qəzada 2 ölü, 2 yaralı – ANBAAN VİDEO

Avtosfer TV 15 Aprel 2024 20:03 Oxunub 9172
Xanım sürücünün törətdiyi qəzada 2 ölü, 2 yaralı – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən dəhşətli yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə aprelin 15-də səhər saatlarında İrkutsk əyalətinin P-255 “Sibir” fedreal trasında baş verib. Bu barədə video sosial şəbəkədə yayımlanıb. Yerli KİV-in məlumatına görə, “Nissan Qashqai” markalı minik avtomobilinin 50 yaşlı qadın sürücüsü yük maşınını ötmək istəyən zaman əks yoldan gələn "Kamaz" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən “Nissan” arxadan gələn “Toyota Corolla”ya çırpılıb.

Nəticədə “Nissan”ın sürücüsü və ön oturacaqda əyləşən sərnişin ölüb, maşındakı digər 2 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh