Gömrük qəzalı avtomobilləri ölkəyə niyə buraxır? - AÇIQLAMA

Avtoxəbər 14 Aprel 2024 17:18 Oxunub 7254
Gömrük qəzalı avtomobilləri ölkəyə niyə buraxır? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Dövlət Gömrük Komitəsinin qəzalı avtomobillərin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı səlahiyyəti yoxdur. Heç bir qanunda yazılmayıb ki, vuruq və təmir edilmiş avtomobilləri ölkəyə gətirmək olmaz. Belə bir qadağa yoxdur. Sadəcə, bunun qarşısını almaq üçün bir çox ölkələrdə ekspertiza rəyləri məcburidir. Yəni maşın satan, yaxud alan şəxslər özləri buna nəzarət etməlidirlər. Təəssüf ki, məsələnin başqa dövlət mexanizmi mövcud deyil”.

 

Avtosfer.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

“Ənənəvi üsul bundan ibarətdir ki, maşın alarkən tanıdığın, güvəndiyin ustaya aparırsan, o yoxlayır, bundan sonra alırsan. Ya da ölkəyə gətirilən, eləcə də satışa çıxarılan maşınların elektron pasportu olur. Məsələn, Rusiyada belə bir təcrübə var. Onlayn daxil olub maşının vurulma, rənglənmə tarixçəsinə baxırsan. Bütün məlumatları görəndən sonra qərar verirsən. Yəni vuruq, rənglənmiş avtomobillərin ölkəyə gətirilməsində nə qadağa, nə də dövlətin görə biləcəyi bir iş yoxdur. Lakin ölkəyə gətirilən maşınların ili ilə bağlı qadağalar var. Köhnə maşınların ölkəyə gətirilməsi qadağandır, vəssalam”, - ekspert bildirib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh