Sürücü qəzaya düşdü: Sığorta şirkəti başına oyun açdı - VİDEO

Avtoxəbər 19 Aprel 2024 13:14 Oxunub 414
Sürücü qəzaya düşdü: Sığorta şirkəti başına oyun açdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücü avtomobilini sığotaladığı şirkətdən narazıdır.

Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaş redaksiyamıza müraciət edib. O, bildirib ki, aprelin 9-u Şəmkir rayonunda qəzaya düşüb. Belə ki, 20-BS-402 qeydiyyat nişanlı “Niva” markalı avtomobillə hərəkətdə olarkən 23-BJ-915 qeydiyyat nişanlı sərnişin avtobusu onu ötmək üçün əks yola çıxıb. Bu zaman qarşıdan gələn digər avtomobilə görə avtobus sürücüsü sağa manevr edib. Nəticədə “Niva” markalı avtomobili vuraraq sürücünü ziyana salıb. Hadisənin qeyd olunduğu görüntülərdə də avtobus sürücüsünün inzibati xəta törətdiyi anbaan əks olunub.

Şikayətçi iddia edir ki, hadisə yerinə “Azərsığorta” və DYP əməkdaşları gələrək baxış keçirib. Sığorta şirkətindən öncə səhvin “Niva” markalı avtomobilin sürücüsündə olduğu bildirilib. Polis əməkdaşlarının araşdırmasından sonra avtobus sürücüsü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə olunub.

 Lakin sığorta şirkətinin məsələni araşdıran əməkdaşı şikayətçi ilə əlaqəni kəsib. Bütün bu olanlara görə sürücü narazılıq edir.

“Azərsığorta” şirkəti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı Avtosfer.az-a məlumat veriləcəyi bildirildi.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh